Azərbaycan komandası / Azerbaijani Team
Hər kəs üçün istənilən yerdə və istənilən zaman pulsuz təhsil. Heç bir uşaq təhsildən kənarda qalmasın.
Missiya
Khan Academy Azərbaycanca missiyasına 2017-ci ildən etibarən başlayıb və bir təşkilat kimi 2020-ci ildə formalaşıb. Bizim missiyamız bütün səhmdarların hüquqlarını qoruyaraq dünyaca məşhur Khan Academy onlayn təhsil platformasının yerli dildə lokallaşdırılmasına nail olmaq və onu asanlıqla əlçatan, aydın və milli təhsil sistemi çərçivəsinə uyğun etməkdir. Təşkilat tədris mövzularının yerli dildə tətbiqi və Khan Academy təhsil platformasının tələbələrə tanıdılması üçün lazımi bütün tədbirləri görəcək. Khan Academy dünya səviyyəli təhsil platforması olaraq dünya təhsil mədəniyyətlərinin dərk edilməsinə töhfə verdiyi və ictimaiyyəti təhsil yolu ilə bir araya gətirdiyinə görə diqqətə və öyrənilməyə layiqdir.
Dəyərlər
Məktəbdən uzaqlaşdırma ilə mübarizə aparmaq, təhsil xərclərini azaltmaq, təhsili hər kəs üçün əlçatan etmək və özünütəhsili asanlaşdırmaq. Cəmiyyətin indiki və gələcək tərəqqisi üçün istənilən mədəniyyətdə təhsilin əhəmiyyətini yüksək qiymətləndiririk. Diqqəti təhsil üzərinə cəlb etməyimizin, asan və əyləncəli təhsil forması yaratmaq istəyimizin əsas səbəbi də budur.
Strategiya
Khan Academy Azərbaycanca öz missiyasını yerinə yetirmək üçün müəyyən sahələrdə tərcümə bacarığına malik olan könüllüləri cəlb edir. Könüllülər birlikdə tərcümə prosessinin ardıcıllığını və davamiyyətini təmin edir və Khan Academy onlayn təhsil platformasının milli təhsil sistemi daxilində tam şəkildə həyata keçirilməsi və lokallaşdırılması üçün çalışır. Khan Academy tərəfindən hazırlanmış davamlı və yenilənən təhsil strategiyası istifadəçiləri və öyrənənləri layihənin icrası üçün tam öhdəlik götürməyə təşviq edir. İnanırıq ki, könüllülərin və bu sahədəki mütəxəssislərin əməkdaşlığı və fəal iştirakı çərçivəsində lokalizasiya prosesini sürətləndirmək, dünya səviyyəli təhsili məktəb daxilində və kənarda olan hər kəs üçün əlçatan və davamlı edə bilərik.
Strategiyaya uzunmüddətli baxış
- “Khan Academy Azərbaycanca”nın təşəbbüsləri ümumi təhsil strategiyaları və anlaşma yolu ilə Azərbaycan və Qərb ictimaiyyəti arasındakı təhsil əməkdaşlığını möhkəmləndirəcək.
- Khan Academy tərəfindən hazırlanan hərtərəfli təhsil məzmunun lokallaşdırılması inteqrasiyanı artıracaq, qloballaşmanın mədəniyyət və özünəməxsusluğa vurduğu zərərlərin qarşısını alacaq.
- Dünya təhsil sistemləri arasındakı oxşarlıqları müəyyənləşdirərək mədəni sərhədləri genişləndirəcəyik. Khan Academy məzmunun ana dilində olması əlçatanlığı artırmaq, dil problemlərini aradan qaldırmaqla yanaşı, milli təhsil mədəniyyətini və ənənələri də qoruyub saxlayır.
- Khan Academy Azərbaycanca lokalizasiya prosesi zamanı milli təhsil strategiyalarını dəstəkləyir, qoruyur və dünya təhsil məzmununu ana dilində əlçatan edərək yeniliklər gətirir.
~~~
Motto
Free education for everyone anywhere and anytime. No child left behind education.
Mission
Khan Academy Azerbaijani started its mission since 2017 and as organization it has been launched since 2020. Our mission is to succeed in the localization of the world-famous Khan Academy online educational platform in a native language by making it easily accessible, understandable and suitable for the framework of the Azerbaijan national educational system. The organization will take all necessary actions for the implementation of the educational content in the local language and promote the importance of Khan Academy educational platform for learners. Khan Academy as a world-class education is worthy of interest because it contributes to the understanding of the educational cultures of the world and brings societies together through education.
Values
Combat drop out from schools, reduce expenditure on education, make education accessible for everyone and simplify self-study. We appreciate the importance of education in any culture for the present and future progress of society. That is the reason we want to concentrate on education and create an easy and fun way of studying.
Strategy
Khan Academy Azerbaijani to fulfill its mission promotes and involves volunteers from relevant fields with translation skills. Volunteers all together ensure consistency of the translation process and strive for the full implementation and localization of the Khan Academy online educational platform within the national educational system. The sustainable and up-to-date educational strategy developed by Khan Academy encourages users and learners to make full commitments for the implementation of the project. We believe that in the framework of the cooperation and active participation of volunteers and professionals in the field profound measurements can be adopted and applied to speed up the localization process, make world-class education accessible for everyone and maintain the sustainability of the work in and outside of schools.
Long-term vision of the strategy
- Khan Academy Azerbaijani initiatives will enhance educational cooperation between Azerbaijani and western societies through common educational strategies and understanding.
- The localization of the comprehensive educational content developed by Khan Academy will enhance integration and prevent the threat of globalization on culture and identity.
- Increase cultural bounds through the identification of the similarities between the world educational systems. Making Khan Academy content available in a native language not only increases accessibility and eliminates language barriers but also allows preserving national educational culture and traditions.
- Khan Academy Azerbaijani during the localization process supports and preserves national educational strategy and brings innovations through the easy way of accessibility of the worldwide educational content in a native language.